Modern.az

FİFA “Liverpul”a 2 milyon ödəyəcək

FİFA “Liverpul”a 2 milyon ödəyəcək

15 Noyabr 2020, 23:12

FİFA İngiltərənin "Liverpul" klubuna 2 milyon funt sterlinq məbləğində kompensasiya ödəyəcək.

 

Modern.az xəbər verir ki, ödəniş klubun müdafiəçisi Co Qomesin yığmada zədələnməsi ilə əlaqədar aparılacaq.

 

İyirmi üç yaşlı oyunçu millinin düşərgəsində dizindən xəsarət alaraq uzun müddətədək sıradan çıxıb. FİFA Qomesə kompensasiya ödəməyə razılaşıb.

 

Qeyd edək ki, bunadək "Liverpul"da daha bir müdafiəçisi Virgil van Deyk və yarımmüdafiəçi Fabinyo da sıradan çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi