Modern.az

Maya Sandu rəqibini üstələyir - Moldovada prezident seçkiləri

Maya Sandu rəqibini üstələyir - Moldovada prezident seçkiləri

16 Noyabr 2020, 00:46

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 80 faizinin nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 51,76 faiz səslə öndədir. Moldavanın hazırkı Prezidenti İqor Dodon isə 48,24 faiz səs toplayıb. Seçici fəallığı isə 52,68 faiz olub. Ən aktiv seçicilər 56-70 yaş arasında olub.

 

Xatırladaq ki, 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.

 

***

Moldovada prezident seçkilərinin ikinci turunda keçmiş Baş nazir Maya Sandu daha çox səs toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “exit-poll”un elan olunan ilkin nəticələrində qeyd edilib. “Exit-poll” aparan təşkilatların hamısında Sandu 10 faiz səs çoxluğu ilə hazırkı Prezident İqor Dodonu üstələyir.

 

Prezident seçkilərinin ikinci turunda sabiq Baş nazir Maya Sandu ilə hazırki Prezident İqor Dodon mübarizə aparıblar. Sosial sorğularda birinci turda olduğu kimi, bu dəfə də Maya Sandunun qələbə çalacağı qeyd olunurdu.

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ikinci turda seçici fəallığı 53 faizə yaxın olub. 1,6 milyondan artıq vətəndaş səsvermə hüququndan istifadə edib. Bunlardan 54,33 faizi qadın, 45,67 faizi isə kişi seçiciləri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI