Modern.az

Bakıda piyadanı maşın vurdu

Bakıda piyadanı maşın vurdu

16 Noyabr 2020, 00:52

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

 

Hövsan qəsəbəsində yolu keçən 1980-ci il təvəllüdlü Qorbunov Aleksandr Mixayıloviç oğlunu avtomobil vurub.

Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI