Modern.az

Sumqayıtda iki maşın toqquşdu

Sumqayıtda iki maşın toqquşdu

Aktual

16 Noyabr 2020, 22:10

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, 99-PS-986 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozaraq, dairədən gələn 99-XK-146 dövlət nömrə nişanlı "Fiat doblo" markalı avtomobili gözləməyərək qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI