Modern.az

“Co Baydenin qalib gəldiyi görünür” - Trampın müşaviri

“Co Baydenin qalib gəldiyi görünür” - Trampın müşaviri

16 Noyabr 2020, 23:38

“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.

 

Modern.az-ın məlumatına görə, bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen səsləndirib.

 

“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə - və hazırda işlər açıq-aşkar belə görünür - biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, - deyə Robert O'Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI