Modern.az

Sarkisyan daxili işlər nazirinin müavinini işdən çıxardı

Sarkisyan daxili işlər nazirinin müavinini işdən çıxardı

17 Noyabr 2020, 00:38

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin polis qoşunlarının komandanı və daxili işlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Qurgen Dallakyanın vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.

 

Modern.az “Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Sarkisyanın digər əmri ilə bu vəzifəyə Hayk Babayan təyin olunub.

 

Bundan əlavə, Ermənistan prezidenti həmçinin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsi ilə bağlı də fərman verib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI