İspaniyanın “Atletiko” futbol klubunun və Uruqvay yığmasının hücumçusu Luis Suaresin koronavirus testi müsbət nəticələnib.
Modern.az xəbər verir ki, bu barədə Uruqvay yığmasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Uruqvay yığması sabah dünya çempionatının seçmə turunun matçında Braziliya komandası ilə qarşılaşacaq.