Modern.az

Qazaxıstanlı jurnalist və blogerlər Qənirə Paşayevanın qonağı oldular

Qazaxıstanlı jurnalist və blogerlər Qənirə Paşayevanın qonağı oldular

17 Noyabr 2020, 01:46

Azərbaycanda səfərdə olan qazaxıstanlı politoloq, jurnalist və blogerlər Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın da qonağı olublar.  Dəyirmi stol arxasında keçirilən görüşdə Milli Məclisin deputatı Azərbaycan-Qazaxıstan əlaqələrindən, tarixi kökümüzdən və birliyimizdən söhbət açıb.

Görüş  geniş müzakirələr və dialoq şəklində keçib. Görüşdə iştirak edən Ea-news.kz portalının baş redaktoru Nurgali Jusipbay,  Halyk.kz Youtue kanalının və Altyn-Orda.kz saytının rəhbəri Serik Maleyev, Abai.kz saytının baş redaktoru  Nurgeldi Usbonov, Avrasiya İnteqrasiya İnstitutu politoloqu Samat Nurtaza, politoloq –blogerlər  Kuanış Edilxanov, Almaz Altay, Ashat Kasenqali, Baurjan Serikbayev, Aman Mambetaliyev türk dünyasının göz muncuğu saydıqları Azərbaycanın öz müqəddəs savaşına başladığı gündən, internet üzərindən əldə etdikləri həqiqətləri dünyaya yaydıqlarını, eləcə də vətəndaşı olduqları ölkədə geniş müzakirə apardıqlarını söyləyiblər. Bloger Almas Altay bildirib ki, “Qənirə Paşayeva Qazaxıstanlı sosial şəbəkə üzvlərinə  döyüş gedən bölgələrdə göstərdiyi fədakarlıq və görüşləri ilə məşhurdur. Mən öz ana dilində bu qədər ağrı ilə  danışan deputatı gördüyümdən məmnunam. Biz  bir-birimizə dərdlərimizi öz dilimizdə deməliyik. Sən demə insan öz ana dilində danışanda xalqı tərəfindən daha çox sevilir”- deyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva 30 ilə yaxındır öz doğma yurd-yuvasından didərgin düşmüş insanların açı taleyindən,  1992-ci ildən sonra isə Qarabağda doğulub, sonra bu yerləri düşmən əsarətindən qurtara bilməyən insanların itirlən gəncliyindən və taleyindən canlı həqiqətləri yada salıb. Görüşdə eyni zamanda Azərbaycan MM-in Mədəniyyət Komitəsini ilə  iki qardaş xalqın  qəhrəmanlıq tarixindən bəhs edən  birgə layihələri həyata keçirə biləcək birgə əməkdaşlıq planları da müzakirə edilib.

Nümayəndə heyətinin üzvü  Altyn-Orda.kz saytının rəhbəri Serik Maleyev gözdən uzaq, ürəyə yaxın saydıqları türk yurdu Azərbaycanın bu gününü, 44 gündə baş verən hadisələrin ümumi məcmusunu gəlib öz gözləri ilə gördüklərini də taleyin xoş ironiyası adlandırıb. Və bildirib ki, bundan sonra da Azərbaycan həqiqətlərini qazax və digər dillərdə dünyaya yaymaqda ən yaxın köməkçi olacaqlar.

Görüşün sponunda Arzu Bağırovanın rəhbri olduğu RHİMİB-nin adından Qazaxıstandan gələn qonaqlara xatirə hədiyyələri təqdim olunub. Görüşdə  Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü  şair Əkbər Qoşalı, Beynəlxalq Türk Akademiyasının prezidentinin müşavri Füzuli Məcidli, jurnalist- araşdırmaçı Aida Eyvazlı da iştirak ediblər.

Qazaxıstanlı politoloq, bloger və jurnalistlərin səfəri ölkəmizin Qazaxıstandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI