Çində son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Modern.az xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 361-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 374 xəstə sağalıb.
Ölkədə 353 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.