Modern.az

Torpaq uğrunda canını fəda edənlər - Şəhid Niyamin Niftalızadə - FOTOLAR

Torpaq uğrunda canını fəda edənlər - Şəhid Niyamin Niftalızadə - FOTOLAR

17 Noyabr 2020, 10:36

Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük zəfər qazandı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə igid oğullarımız qəhrəmanlıq göstərərək,  şəhidlik zirvəsinə yüksəldi.

44 günlük müharibə müddətində cəbhəyə könüllü gedənlərdən biri də əslən Naxçıvandan olan Bakı sakini Niyamin  Niftalızadə olub. O, torpaq uğrunda caını fəda edən əsgərlərimizdəndir.


Şəhidin bibisi oğlu Murtuz Həşimovun Modern.az-a verdiyi məlumata görə, 23 yaşlı Niyamin ikinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib.

Döyüş yoldaşları onun Cəbrayıl istiqamətində gedən döyüşlərdə 2 tankı vurduğunu və taboru xilas etdiyini bildiriblər.

Niftalızadə Niyamin Xaliq oğlu oktyabrın 7-də şəhid olub. Cənazəsi oktyabrın 8-i ailəsinə təhvil verilib, ayın 9-u isə dəfn olunub.


Unutmayaq ki, qələbəni Şəhidlərimizin qanı bahasına, Ali Baş Komandanımızın siyasəti, ordumuzun əzmi, xalqımızın birliyi nəticəsində qazandıq.

Allah rəhmət eləsin…


Nəzrin Vahid

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI