Modern.az

Türkiyə “Rosatom”a növbəti lisenziyanı verdi

Türkiyə “Rosatom”a növbəti lisenziyanı verdi

Aktual

17 Noyabr 2020, 14:30

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ölkənin cənubunda Rusiyanın “Rosatom” dövlət korporasiyasının inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) üçüncü blokunun tikintisinə lisenziya verdiyini açıqlayıb. 


““Akkuyu” AES-in üçüncü enerji blokunun inşasına lisenziya verildi. İlk reaktor 2023-cü ildə istifadəyə veriləcək və enerji portfelimiz yeni enerji mənbəyi sayəsində daha da şaxələnəcək”, –deyə nazirlik bildirir.

Modern.az-ın məlumatına görə, “Akkuyu” AES layihəsi Rusiyanın “VVER-1200 nəsil 3+” dizaynlı reaktorlarından ibarət dörd enerji blokunu əhatə edir. Hər enerji blokunun gücü 1200 MVt təşkil edəcək.

 “Akkuyu” AES-nın inşası ilə bağlı müqavilə Türkiyə və Rusiya arasında 2010-cu ildə bağlanıb. Birinci enerji bloku 2018-ci ildə tikilib. Layihənin qiyməti təxminən 20 milyard dollar dəyərindədir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu