Modern.az

İlham Əliyev Moldovanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Moldovanın yeni prezidentini təbrik etdi

Aktual

17 Noyabr 2020, 20:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti xanım Maya Sanduya təbrik məktubu göndərib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

 

 

"Hörmətli xanım Sandu,

 

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu