Modern.az

Azərbaycan Lüksemburqla heç-heçə etdi  - YENİLƏNİB

Azərbaycan Lüksemburqla heç-heçə etdi  - YENİLƏNİB

18 Noyabr 2020, 02:13

Lüksemburq-Azərbaycan qarşılaşması heç-heçə ilə yekunlaşıb - 0:0.

 

Beləliklə, komandamız qrupu 6 xalla 3-cü pillədə başa vurub. Monteneqro 13 xalla 1-ci, Lüksemburq 10 xalla 2-ci, Kipr isə 4 xalla sonuncu olub.

 

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsinsə keçirilən Lüksemburq - Azərbaycan oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Lüksemburqun "Jozi Bartel" stadionunda keçirilən qarşılaşmada Azərbaycan milli komandasının start heyətində meydana Şəhruddin Məhəmmədəliyev, Anton Krivotsyuk, Amin Sevdiyev, Bədavi Hüseynov, Azər Salahlı, Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəlimov, Ramil Şeydayev və Mahir Əmrəli çıxıblar.

 

Lüksemburq seçməsinin ilk onbirliyində isə Ralf Şon, Aldin Skenderoviç, Lars Jerson, Enes Maxmutoviç, Loran Yans, Leandru Barreyru Martinş, Danel Sinani, Maykl Pintu, Vensan Til, Moris Devil və Edvin Muratoviç yer alıblar.

 

Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Oyunun əsas referisi Referi Feliks Tsvayerdi yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüllerdir. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirir.

Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizendir.

Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu