Modern.az

Hikmət Hacıyevin Tvitter hesabı bərpa edildi - YENİLƏNİB

Hikmət Hacıyevin Tvitter hesabı bərpa edildi - YENİLƏNİB

18 Noyabr 2020, 03:00

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bərpa edilib.

 

Qeyd edək ki, daha əvvəl H.Hacıyevin "Twitter" hesabı naməlum səbəbdən bloklanmışdı.

 

00:23

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bloklanıb. 

 

Modern.az "oxu.az"a istinadla xəbər verir ki, buna səbəb kimi erməni tərəfinin çoxsaylı şikayətlərinin olduğu göstərilir.

 

Qeyd edək ki, müharibə günlərində əsl informasiya meydanına çevrilmiş hesabın 200 min civarında izləyicisi var. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu