Türkiyənin tanınmış türk xalq musiqisi sənətçisi İsmail Türüt Azərbaycanın 44 günlük Vətən Müharibəsinə həsr olunan klip çəkdirib.
Modern.az xəbər verir ki, müğənni “Vur əmri” adlı yazdığı şeirə mahnı bəstələyib.
“İki dövlət, tək millət, çox yaşa Azərbaycan,
Bu nə böyük bir nemət, çox yaşa Azərbaycan.
Taleyin taleyimiz, kədərin kədərimiz,
Liderin liderimiz, çox yaşa Azərbaycan”, - deyə başlanan klipdə 30 illik erməni işğalına dözdükdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Vur əmri” verdiyi və Qarabağın işğaldan qurtulduğu mahnının sözlərində yer alıb.
Qeyd edək ki, İsmail Türüt türk millətçisi kimi tanınır. O, erməni yalanlarına qarşı barışmaz mövqeyi ilə seçilib. İsmail Türütün 30-dan çox albomu işıq üzü görüb.
Sözügedən klipi təqdim edirik:
Turan ASLAN