Modern.az

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

18 Noyabr 2020, 08:13

Türkiyənin Çorum şəhərində 4,2 bal gücündə zəlzələ olub.

 

Modern.az bildirir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

 

Yerli vaxtla saat 02:05-də qeydə alınan yeraltı təkanlar Kırıkkale, Yozqat və Kastamonuda da hiss olunub.  Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu