Modern.az

Ucarda 29 yaşlı gənc itkin düşüb

Ucarda 29 yaşlı gənc itkin düşüb

Aktual

18 Noyabr 2020, 14:12

Ucar şəhərində yaşayan 29 yaşlı Anar Səlimov 27 may 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə,itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm., saçı qısa qara rəngli, gözlərinin rəngi şabalıdıdır.

 

A.Səlimov evdən çıxarkən əynində göy rəngdə cins şalvar, narıncı rəngli uzunqol kofta, ayağında qara rəngli idman ayaqqabısı olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ucar RPŞ-yə (02021) 3-00-53 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu