Modern.az

“WhatsApp”da daha bir YENİLİK

“WhatsApp”da daha bir YENİLİK

Aktual

18 Noyabr 2020, 15:22

Məşhur "WhatsApp" messencerində daha bir yenilik işə salınacaq.

 

Modern.az Big.az-a istinadən xəbər verir ki, yeni funksiya mesaj axınının öhdəsindən daha rahat gəlməyə kömək edəcək.

 

Belə ki, "Read Later" ("Sonra oxu") funksiyası "Archived Chats" ("Arxivləşdirilmiş Söhbətlər") funksiyasını əvəz edərək arxivləşdirmə və bildirişin söndürülməsi prosesinə ciddi dəyişikliklər gətirəcək.

 

"Sonra oxu" nun əsas xüsusiyyətlərindən biri odur ki, söhbət arxivləşdirildikdə və ya daha sonra oxunmaq üçün təxirə salındıqda belə, yeni mesajlar gələcək və arxivə əlavə olunacaq. İstifadəçi əlavə bildirişlərlə bezdirilməyəcək. Arxivləşdirilmiş söhbət digər "söhbətlər" siyahısında saxlanılacaq.

 

Hazırda "Read Later" funksiyası iOS üçün "WhatsApp"ın 2.20.130.1 nömrəli beta versiyasında var, "Android"lərdə isə hələ mövcud deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu