Modern.az

Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkib - AÇIQLAMA

Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkib - AÇIQLAMA

Aktual

18 Noyabr 2020, 15:40

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkdiyini təsdqiləyib.

 

BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Komitə oktyabr və noyabr aylarında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib.

 

İ.Hüseynova qeyd edib ki, həm sonuncu gərginləşmədən əvvəl, həm də gərginləşmə zamanı saxlanılan şəxslərlə görüş həyata keçirilib:

 

“Onların saxlanma şəraiti, səhhəti monitorinq edilib. Amma bu barədə məlumatlar şəxsi olduğundan yalnız saxlanılanların ailələrinə verilir”.

 

Komitə rəsmisi girovların saxlanma yeri barədə dəqiq məlumat verməyib:

 

“Biz saxlanılan şəxslərin yeri barədə ictimaiyyətə məlumat vermirik. Bu məlumatlar ailələr tərəfindən könüllü şəkildə açıqlana bilər. Bundan əvvəlki açıqlamada sadəcə saxlanılan şəxslərin Ermənistana köçürüldüyünü açıqlamışdıq, onların dəqiq saxlanma yeri barədə informasiya verməmişik, indi də həmçinin”.

 

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Modern.az-a açıqlamalarında Komitə tərəfindən aldıqları məlumata əsasən, girovların Ermənistanın Şırak rayonundakı “Artik” türməsində saxlanıldıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu