Modern.az

Şahin quşlarını qanunsuz ovlayan əcnəbi SAXLANILDI

Şahin quşlarını qanunsuz ovlayan əcnəbi SAXLANILDI

Aktual

18 Noyabr 2020, 16:16

Nadir və qiymətli şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, 16 noyabr 2020-ci il tarixində ETSN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan saxlanılıb və ondan ovlanması qadağan edilmiş, adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş Şahin quşu maddi sübut kimi götürülüb.

 

Fakla bağlı İmad Alaborsan barəsində akt, protokol tərtib edilib və qanun pozucusu 2000 manat məbləğdə cərimələnib. Şahin quşu isə təbiətə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu