Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Modern.az-a bildirilib ki, əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.
Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.