Modern.az

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

18 Noyabr 2020, 20:55

Millətlər Liqasının VI turunda Rumıniya ilə səfər matçını buraxan Norveç yığması texniki məğlubiyyətlə üzləşib.

 

Modern.az xəbər verir ki, UEFA Norveç Futbol Assosiasiyasına 5 gün vaxt verib.

 

Təşkilat qarşılaşmada iştirakdan imtinanın əsaslı səbəbini Avropa futbol qurumuna bildirməlidir.

Norveç tərəfi daha sonra apellyasiya şikayəti verə bilər.

 

Qeyd edək ki, Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməyib (report).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu