Misir milli komandasının futbolçuları Məhəmməd Salah və Məhəmməd Elneni növbəti dəfə koronavirus testindən keçib.
Modern.az-ın məlumatına görə, Misir Futbol Assosiasiyasının rəsmi saytında hər iki oyunçunun test nəticəsinin müsbət olduğu bildirilib.
Qeyd edək ki, İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. "Arsenal"da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb.