Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında işğaldan azad edilmiş Füzuli rayonu ilə bağlı paylaşımlar edib.
Modern.az-ın məlumatına görə, Prezidentin köməkçisi hər iki videoda ermənilərin vandalizminə məruz qalmış şəhərdən görüntülər paylaşıb və vurğulayıb ki, bu görüntülər Ermənistanın mədəni dünyadan nə qədər uzaqda olduğunun sübutudur.
H.Hacıyev qeyd edib ki, dünya bu vəhşiliyi mütləq görməlidir.