Modern.az

Paşinyan nümayişçilərə səsləndi - “Sizə iki şeyi söyləməliyəm”

Paşinyan nümayişçilərə səsləndi - “Sizə iki şeyi söyləməliyəm”

Aktual

19 Noyabr 2020, 00:18

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Respublika meydanına toplaşan tərəfdarlarına müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnuk Ermənistan” məlumat yayıb.

 

"Əzizlərim, sizə iki şeyi söyləməliyəm. Birincisi, sizə söz verirəm ki, xalqıma xəyanət etməyəcəyəm. İkincisi, sizdən dağılışmağınızı xahiş edirəm, çünki bu mitinq lazım deyil. Ehtiyac yarananda hamınızı meydana çağıracağam", - deyə N.Paşinyan bildirib.

 

Sonra Paşinyan, tərəfdarlarının "Nikol, Nikol!" sədaları altında Hökumət binasına girib. Kimsə qışqırıb: "Bütün planetdə belə bir baş nazir yoxdur, Paşinyan bizim tanrımızdır!".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu