Modern.az

Şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO

Şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO

19 Noyabr 2020, 08:13

Onun oxuyarkən özünü çəkdiyi video sosial şəbəkələrdə ən çox paylaşılanlardan oldu.

 

Modern.az xəbər verir ki, söhbət 22 yaşlı gizir Xudaverdi Yusifzadədən gedir.

 

Vətən müharibəsinin iştirakçısı olan Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. Xudaverdi anadan olandan 24 gün sonra atasını itirib, nənəsinin himayəsində böyüyüb. Xudaverdi Yusifzadə Bərdə 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. O, oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

 

AzTV-nin şəhidin ailəsindən hazırladığı reportajı təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu