Modern.az

Ermənistanda daha 31 nəfər virusdan öldü - 1520 nəfər isə yoluxdu

Ermənistanda daha 31 nəfər virusdan öldü - 1520 nəfər isə yoluxdu

19 Noyabr 2020, 10:36

Ermənistanda son sutka ərzində daha 1520 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 121 min 979 nəfərə çatıb.

 

Daha 31 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1870-ə çatıb.

 

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu