Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına Müraciət
- Hörmətli Prezident!
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları!
Çox sevindirici haldır ki, odlar ölkəsi Azərbaycanda tolerantlıq, multikultural dəyərlər öz sərbəst xarakterini aydın göstərir, insan modeli, insan hüquq və azadlıqları, vətəndaş amili dövlətin əsas diqqət və qayğısı kimi xarakterizə edir. Azərbaycanda insan resursları daim önə çəkilib. Təbii ki, bütün bu prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri-düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, biri-birindən məsuliyyətli vəzifələr dayanır.
Ermənistanın təcavüzkar siyasəti dinc insanlara qarşı qəddarlıqdır. Bunu Gəncəyə, Bərdəyə və digər ərazilərimizə atılan raket zərbələri də təsdiq edir. Ermənilər artilleriya qurğuları ilə hədəf seçməklə münaqişənin zolağını genişləndirmək, üçüncü tərəfləri müharibəyə cəlb etmək məqsədi güddür Ancaq nümayiş etdirdiyiniz səbr, dözüm, qürur, humanizm və alicənablıq sizin həqiqi mənada qalib bir sərkərdə, əsl dövlət rəhbəri olduğunuzu sübut edir. Bu gün Azərbaycan ordusunun ard-arda əldə etdiyi qələbələr də bunun bariz nümunəsidir.
Azərbaycan dövləti başqa ölkələrlə qonşuluq siyasətinə hər zaman böyük önəm verib və bu gün də öz ənənəsinə sadiqdir. Bu dərin etika və əxlaq məhz azərbaycanlıların kök və genindən gəlir.
Həqiqəti görə bilmək ən böyük bacarıqdır. Azərbaycan həqiqət aspektlərinə malik olduğu üçün onun dünyadakı yeri və rolu hər bir tərəfdən görünür. Bu da aparılan sağlam siyasətin nəticəsidir. Bütün bunları əlimdə əsas tutub demək istəyirəm ki, biz ziyalılar başladığınız bu haqq işində sizin yanınızdayıq, özümüzü bu ölkənin müzəffər əsgəri hesab edirik.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə:
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist