Modern.az

Qələbə paradı nələrlə fərqlənəcək...

Qələbə paradı nələrlə fərqlənəcək...

Aktual

19 Noyabr 2020, 13:44

27 sentyabrdan başlayan Vətən Müharibəsi 10 noyabrda Müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Ali Baş Komandanın uğurlu siyasəti, Şanlı Ordumuzun mübarizliyi, xalqımızın birliyi nəticəsində Azərbaycanın tarixinə yeni bir gün əlavə olundu və beləliklə 10 noyabr qələbə günü kimi tarixə yazıldı. Bu hadisə  münasibəti ilə Qələbə paradı keçiriləcək.

Bəs Qələbə paradı hansı üstünlükləri ilə digərlərindən fərqlənəcək və Ermənistana məxsus ələ keçirilmiş texnikalar nümayiş etdiriləcəkmi?

Mövzu ilə bağlı Modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, hər bir dövlət silahlandırmasına, geyimlərinə, bayraqlarına, özünə məxsus milli adət və ənənələrinə uyğun parad keçirir:

“Hər bir dövlətin atributları fərqlidir və fərqliliyi ilə seçilir. Bununla yanaşı, parad keçirənlər özləri üçün lazımı şəkildə proqram qururlar və parad o proqram əsasında keçirilir. Paradlar nümayiş olunan texnikaya görə də fərqli ola bilər. Bu baxımdan paradlar bir-birindən fərqlənir. Yalnız ümumi olaraq ortaq cəhətləri ola bilər”.


Müsahibimiz Qələbə paradının sözsüz ki, indiyə kimi keçirilmiş paradlardan fərqlənəcəyini və bu barədə ətraflı danışmağın hələ tez olduğunu vurğulayıb.

“Cənab prezident çıxışlarında qənimət götürülmüş texnikalar üçün bir sahənin ayrıldığını və gətirilib orada nümayiş etdiriləcəyini bildirib. Texnikalar həmin sahəyə yerləşdiriləndən sonra insanlar gəlib onlara baxacaqlar. Həmin texnikaların nümayiş etdirilməsi paradla əlaqədar olmayacaq”.

Hərbi ekspert deyib ki, Qələbə paradına dost ölkələr də dəvət ediləcək.

Nəzrin Vahid

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu