Modern.az

İcra başçısı Tap Qaraqoyunlu kəndində olub - FOTO

İcra başçısı Tap Qaraqoyunlu kəndində olub - FOTO

20 Noyabr 2020, 12:42

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Tap Qaraqoyunlu kəndində oldu.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə Goranboy rayonunun cəbhə bölgəsi olan Tap Qaraqoyunlu kəndində olublar.

 

Burada düşmən atəşi nəticəsində zərər görmüş evlərə baxış keçirilib və kənd sakinləri ilə söhbət aparılıb.

 

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən üzərindəki tarixi qələbəsindən danışaraq kənd sakinlərini bu Böyük Qələbə münasibəti ilə təbrik edib.

 

Rayon icra hakimiyyətinin başçısı mülkləri düşmən atəşi nəticəsində kənd sakinlərinə dəymiş zərərin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılmış komissiya tərəfindən müəyyənləşdirildiyi barədə məlumat verib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu