Modern.az

İki şirkət koronavirus vaksininin qeydiyyatı üçün müraciət etdi

İki şirkət koronavirus vaksininin qeydiyyatı üçün müraciət etdi

20 Noyabr 2020, 20:25

Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" əczaçılıq şirkətləri ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə nəzarət İdarəsinə koronavirus vaksininin qeydiyyata alınması üçün müraciət edib.

 

Modern.az xəbər verir ki, bunu "BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin deyib.

 

Qeyd edək ki, "BioNTech" və "Pfizer"in hazırladığı koronavirus vaksini sınaqlar nəticəsində 95 faizə yaxın effektivlik nümayiş etdirib.

 

Bu vaksinin gələn ilin yaz aylarınadək istehsala başlanması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu