Modern.az

Türkiyədə bir gündə yoluxma sayı 5 mini keçdi

Türkiyədə bir gündə yoluxma sayı 5 mini keçdi

Aktual

20 Noyabr 2020, 21:08

Türkiyədə son sutka ərzində 5103 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb.

 

Modern.az xəbər verir ki, ölkədə bu gün pandemiya səbəbindən ölənlərin sayı 141-ə yüksəlib, 3019 xəstə isə sağalaraq evə buraxılıb.

 

Qeyd edək ki, Türkiyədə bu günədək 435 273 nəfər koronavirusa yoluxub, onlardan 12 084 nəfəri vəfat edib.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu