Modern.az

Rusiyada hazırlanan COVID-19 peyvəndi 100 faiz müsbət nəticə verdi

Rusiyada hazırlanan COVID-19 peyvəndi 100 faiz müsbət nəticə verdi

20 Noyabr 2020, 21:58

“Vektor” mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.

 

Modern.az REN TV-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.

 

“Klinik tədqiqatlar göstərir ki, “EpiVacCorona” peyvəndi ilə immunizasiya olunan könüllülərin  100 faizində anticisimlər aşkar edilib” - deyə mərkəzdən bildirilib.

 

Məlumatda həmçinin qeyd olunur ki, “Vektor” peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.

 

Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu