Modern.az

Bakıda iki nəfər dəm qazından zəhərləndi

Bakıda iki nəfər dəm qazından zəhərləndi

21 Noyabr 2020, 00:49

Bakının Sabunçu rayonunda qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

 

Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.

 

Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağır qiymətləndirilir (apa).

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu