Modern.az

Lavrovla Paşinyanın görüşü keçirilir

Lavrovla Paşinyanın görüşü keçirilir

21 Noyabr 2020, 13:22

Yerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Facebook" səhifəsindən bildirib.

 

Görüşdən foto paylaşan M.Zaxarova şəkli altına "Dramaturgiya" ifadəsini yazıb.

 

Qeyd edək ki, bu gün Ermənistana Rusiyanın qurumlararası nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə S.Lavrovla yanaşı, müdafiə naziri, fövqəladə hallar naziri və baş nazirin müavini daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu