Modern.az

Astarada 54 yaşlı kişi çayda batdı

Astarada 54 yaşlı kişi çayda batdı

23 Noyabr 2020, 09:18

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun batması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu