Modern.az

Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

Ermənistanda daha 24 nəfər koronavirusdan öldü

23 Noyabr 2020, 10:46

Ermənistanda daha 485 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 126 709-ə yüksəlib.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 24 nəfər artaraq 976-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 503-ə yüksəlib. İndiyədək 95 099 nəfər infeksiyadan sağalıb.

 

Hazırda Ermənistanda 29 131 aktiv koronavirus xəstəsi var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu