Modern.az

Keçmiş XİN başçısı ailəsini Ermənistandan çıxarır

Keçmiş XİN başçısı ailəsini Ermənistandan çıxarır

23 Noyabr 2020, 12:18

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.

 

Modern.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.

 

Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.

 

Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.

 

Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu