Modern.az

Mərkəzi Elmi Kitabxanada yeni direktorun təqdimatı olub

Mərkəzi Elmi Kitabxanada yeni direktorun təqdimatı olub

23 Noyabr 2020, 16:18

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyətinin qərarı ilə yeni təyin olunan direktorun, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevin kollektiv qarşısında təqdimatı olub.


MEK-dən Modern.az-a verilən məlumata görə, AMEA akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmində tutduğu mühüm vəzifəsindən danışıb. Vurğulanıb ki, MEK 95 ildən artıq fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb.

Daha sonra MEK-in yeni təyin olunan direktoru Məmməd Əliyev kollektivi salamlayaraq AMEA-nın prezidenti Ramiz Mehdiyevə təyinatla bağlı dərin minnətdarlığını bildirib. Professor qeyd edib ki, MEK ölkəmizin kitabxanaçılıq tarixində müasir avadanlıqlarla təchiz olunan respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır.


Tədbirin sonunda kollektiv adından çıxış edən MEK-in kitabxana xidmət üzrə direktor müavini, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni təyin olunan direktora işində uğurlar arzulayaraq, illərlə formalaşan tarixi ənənəyə malik kitabxanada bundan sonra da uğurlu iş fəaliyyətinin davam edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu