Noyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 870,3 milyon manat təşkil edib.
Modern.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 36,1 milyon manat artıb, ilin əvvəli ilə müqayisədə 767,6 milyon azalıb.