Modern.az

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verib

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verib

Aktual

25 Noyabr 2020, 22:07

Millətlər Liqasının VI turunun baş tutmayan İsveçrə - Ukrayna oyununun taleyinə aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa yoluxan futbolçuların olması üzündən matçın keçirilməməsi UEFA-nın Nəzarət, Etika və İntizam orqanında müzakirə olunub.

 

Qərara alınıb ki, noyabrın 17-də keçirilməli planlaşdırılan matçın baş tutmamasının məsuliyyəti Ukraynanın üzərinə düşür. Bu səbəbdən də Ukrayna millisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Bu nəticə A liqasının 4-cü qrupunun yekun cədvəlinə təsir edib. Sonuncu pilləyə yuvarlanan Ukrayna B liqasına düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu