Modern.az

Türkiyədə son sutkada koronavirusdan 68 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 68 nəfər ölüb

Aktual

25 Noyabr 2020, 23:49

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 168 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

 

O bildirib ki, gün ərzində 6814 nəfərdə koronavirus aşkarlanıb. 3911 xəstə isə sağalaraq evə buraxılıb.

 

Nazir hazırkı vəziyyəti acınacaqlı adlandırıb:

 

“Ağır xəstə sayımız 4641 nəfər olub. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir”.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840  nəfər ölüb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu