Modern.az

Hacıqabulda koronavirus xəstəsinə cinayət işi AÇILDI

Hacıqabulda koronavirus xəstəsinə cinayət işi AÇILDI

26 Noyabr 2020, 00:22

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan “COVİD 19”-a yoluxan şəhər sakini, 1995-ci il təvəllüdlü İbrahimov Pirhüseyn Elbrus oğlu saxlanılıb.

 

Modern.az xəbər verir ki, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə P.İbrahimov yaşadığı Həmidov küçəsi 1, mənzil 8 ünvana qaytarılıb.

 

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət məcəlləsinin 139.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu