Modern.az

Qırğızıstandan rus dilinin statusu ilə bağlı QƏRAR 

Qırğızıstandan rus dilinin statusu ilə bağlı QƏRAR 

Aktual

27 Noyabr 2020, 11:42

Qırğızıstanda rus dili rəsmi statusda qalacaq.

 

Modern.az qırğız mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın Konstitusiya iclasında qərar qəbul edilib. 

 

“İnsan və Vətəndaş Hüquqları və Azadlıqları” bölməsinin rəhbəri Nurlan Şeripovun verdiyi məlumata görə, qırğız dili dövlət, rus dili isə rəsmi dil olaraq qalacaq.

 

O, ingilis dilinə də status verilməsi barədə təklif olduğunu, lakin bu təşəbbüsün dəstəklənmədiyini bildirib.

 

Xatırladaq ki, Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsi təklifini irəli sürmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB