20 yaşlarında olan insanlar koronavirus, daha doğrusu ölüm daşıyıcılarıdır.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.
A.Allahverdiyev qeyd edib ki, 20 yaş və daha aşağı yaşda olanlar xəstəliyi əsasən simotomsuz keçirir:
"Bəzən evə gəlib 60-65 yaşlı nənə-babasını qucaqlayır, öpür. Baxın bu şəkildə ailə üzvlərinizi yoluxdurursunuz. Əgər evinizə koronavirus atəşinin düşməsini istəmirsinzisə, evdə də sosial məsafəyə riayət edin. Maskanı burnunuzu örtən şəkildə taxın. Taksidən istifadə edirsinizsə, daha diqqətli olun. Nəzərə alın ki, həmin avtomobildə onlarla insan daşınır".