Modern.az

Samuxda evdə partlayış - xəsarət alan var

Samuxda evdə partlayış - xəsarət alan var

Aktual

4 Dekabr 2020, 23:01

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI