Modern.az

Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı...

Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı...

Aktual

5 Dekabr 2020, 16:32

Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinin əməkdaşı 26 yaşlı  Ülvi Şirin oğlu Hacıyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

 

Modern.az xəbər verir ki, DGK sədri Səfər Mehdiyev qurumun Azərbaycan torpaqları uğrunda gedən döyüşdə şəhid olan əməkdaşı ilə bağlı paylaşım edib.

Qeyd edək ki, Ü.Hacıyev Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib.

İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI