Dekabrın 5-də paytaxt Yerevanda etiraz aksiyası keçirən Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana vaxt verib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müxalifət Paşinyanı dekabrın 8-ə qədər isteva verməyə çağırıb.
Həmin vaxtadək Paşinyan istefa verməsə, müxalifət Ermənistanın bütün ərazisində vətəndaş itaətsizliyi aksiyalarına başlanacağını bəyan edib.
"Tələb edirik ki, Nikol Paşinyan dekabrın 8-i saat 12:00-dək istefaya getsin. Əks təqdirdə, Ermənistanı etiraz aksiyaları bürüyəcək".