Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 196 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 178 903 nəfər koronavirus testindən keçib, 6128 xəstənin testi pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyədə bu günədək 533 198 nəfər koronavirusa yoluxub, onlardan 14 705 nəfəri həyatını itirib.