"Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşib.
Modern.az xəbər verir ki, yarışı birinci yerdə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.
Onun komanda yoldaşı britaniyalı Corc Rassel (Lyuis Hemiltonu əvəz edir) ikinci yeri, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen isə üçüncü yeri tutub.
Qeyd edək ki, Qran Prinin əsas yarışı sabah saat 21:10-da baş tutacaq.